Ağdamda maşın yoldan çıxaraq aşdı: ölən var

20.02.2025

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ağdamda ağır yol-nəqliyyat hadisəsi olub.

Axar.az xəbər verir ki, hadisə rayonun işğaldan azad olmuş Xıdırlı kəndi ərazisində baş verib.

Bildirilib ki, hərəkətdə olan VAZ-2107 markalı avtomobil idarəetməni itərərək yoldan çıxaraq aşıb.

Nəticədə İlyas Allahyar oğlu Allahverənov hadisə yerində həyatını itirib. Avtomobildə olan 1992-ci il təvəllüdlü Natiq Zakir oğlu Məmmədov, 1997-ci il təvəllüdlü Elmin Arzu oğlu Əmənov və 1991-ci il təvəllüdlü Amik Rafiq oğlu Cəfərov ağır xəsarət alıb.

Yaralılar təcili tibbi yardım maşını ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью