Ağdamda məskunlaşma genişlənəcək Böyük köç olacaq

26.02.2025

Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.

Bu il ərzində Ağdama 10 minə yaxın sakinin köçürülməsi nəzərdə tutulur.

BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

O bildirib ki, Füzuli şəhərinə də köç prosesi davam edir. Şəhərdə bir sıra layihələr icra edilir.

Emin Hüseynov həmçinin bildirib ki, Füzulinin Dövlətyarlı kəndinin layihəsi də icra olunmağa başlayıb, tikinti prosesinə start verilib. Yaxın vaxtlarda isə Pirəhmədli kəndinin tikintisinə başlanılacaq. İl ərzində Qaraxanbəyli kəndinin də layihəsi hazır olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью