Ağdamda mina faciəsi: 1 nəfər həlak olub

23.09.2025

Icma.az xəbər verir, Azvision saytına əsaslanaraq.

Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətlərinin yaydığı birgə məlumatda deyilir ki, 1971-ci il təvəllüdlü Baharlı kənd sakini Əhmədov Səyyaf Fiqan oğlu minalardan təmizlənməmiş qəbiristanlıq ərazisində mina partlayışı nəticəsində həlak olub.
Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.
ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью