Ağdamda mina partladı Polis əməkdaşı xəsarət aldı

30.06.2025

Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ağdam rayonunun Papravənd kəndi ərazisində 2025-ci il 30 iyun tarixində mina hadisəsi baş verib.

Lent.az xəbər verir ki, bu ahqda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb.

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşı, polis nəfəri xidmət vaxtı Ağdam rayonun işğaldan azad edilmiş Papravənd kəndi ərazisində piyada əleyhinə minaya düşməsi nəticəsində xəsarət alıb.

Zərərəçəkmiş şəxsin sağ ayağı topuqdan amputasiya edilib.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью