Ağdamda minalanmış ərazi YANIR FOTO

24.08.2026

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Ağdamda genişmiqyaslı yanğın başlayıb.
Bizim.Media “report.az”a istinadla xəbər verir ki, hadisə rayonun Abdal-Gülablı kəndində baş verib.
Yanğın qısa müddətdə 30 hektar əraziyə yayılıb.
Əraziyə Ağdam və Xocalı rayonlarının yanğınsöndürənləri cəlb edilib. Ərazinin minalı olması yanğına müdaxiləni çətinləşdirir.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью