Ağdamda nəvəsi ilə birgə evdə yanan qadın öldü

08.10.2025

Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ağdamda 1 həftə əvvəl yaşayış evində baş vermiş yanğın hadisəsi zamanı nəvəsi ilə birgə yanıq xəsarəti almış qadın ölüb.

Lent.az APA-ya istinadla xəbər verir ki, 60 yaşlı Zibeydə İsmayılova müalicə olunduğu xəstəxanada vəfat edib.

Qeyd edək ki, hadisə oktyabrın 1-də Ağdam rayonunun Quzanlı qəsəbəsində qeydə alınıb. Hadisə nəticəsində nənə və nəvəsi yanıq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью