Ağdamda ot sahəsində yanğın başlayıb Fotolar

13.06.2026

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ağdamın Kəngərli kəndi ərazisində quru ot və kolluq sahəsində yanğın başlayıb.

“Qafqazinfo” xəbər verir ki, yanğının qısa müddətdə genişlənərək 60 hektardan artıq ərazini əhatə etdiyi bildirilir.

Yanğının söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ağdam Rayon Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürmə avtomobili və şəxsi heyəti cəlb olunub. Alovun yayılması səbəbindən əlavə qüvvə olaraq FHN-in Xocalı rayon yanğınsöndürmə bölməsinin bir texnikası və əməkdaşları da əraziyə göndərilib.

Hazırda yanğının qarşısının alınması və tam söndürülməsi istiqamətində əməliyyatlar davam etdirilir.

Ziya Əmirxanlı




Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью