Ağdamda ot sahəsindəki yanğın söndürüldü YENİLƏNİB

13.06.2026

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Ağdamda baş verən genişmiqyaslı yanğın söndürülüb.

Redaktor.az xəbər verir ki, hadisə yerinə cəlb olunan yanğınsöndürmə bölmələrinin əməkdaşları alovun yayılmasının qarşısını alaraq yanğını nəzarətə götürüblər.

Quru otlaq sahəsində alovlanma ehtimalı olan bütün yanğın ocaqları aşkarlanaraq söndürülüb.

Hazırda ərazi tam nəzarət altındadır və hər hansı təhlükə müşahidə olunmur (Qafqazinfo).

***

Ağdamın Kəngərli kəndi ərazisində quru ot və kolluq sahəsində yanğın başlayıb.

Redaktor.az xəbər verir ki, yanğının qısa müddətdə genişlənərək 60 hektardan artıq ərazini əhatə etdiyi bildirilir.

Yanğının söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ağdam Rayon Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürmə avtomobili və şəxsi heyəti cəlb olunub. Alovun yayılması səbəbindən əlavə qüvvə olaraq FHN-in Xocalı rayon yanğınsöndürmə bölməsinin bir texnikası və əməkdaşları da əraziyə göndərilib.

Hazırda yanğının qarşısının alınması və tam söndürülməsi istiqamətində əməliyyatlar davam etdirilir (Qafqazinfo).

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью