Ağdamda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib AZƏRTAC

23.12.2024

Icma.az bildirir, Azertag portalına istinadən.

Ağdam, 23 dekabr, AZƏRTAC

Ağdamda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun İmamqlubəyli qəsəbəsi ərazisində baş verib. Ağdam rayon Papravənd kənd sakini Abdullayev Gündüz Şahin oğlu idarə etdiyi "Opel" markalı maşınla hərəkətdə olarkən sərxoş piyadanı vurub. Avtomobillə vurulan şəxs hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью