Ağdamda polis əməkdaşı mina partlayışı zamanı xəsarət alıb

30.06.2025

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 30 iyun, AZƏRTAC

İyunun 30-da Ağdam rayonunun Papravənd kəndi ərazisində mina hadisəsi baş verib.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətlərinin birgə məlumatında bildirilir.

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşı, polis nəfəri xidmət vaxtı Ağdam rayonun işğaldan azad edilmiş Papravənd kəndi ərazisində piyada əleyhinə minaya düşməsi nəticəsində xəsarət alıb.

Zərərəçəkmiş şəxsin sağ ayağı topuqdan amputasiya edilib.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью