Icma.az, Reyting.az portalına istinadən məlumat verir.
İyunun 30-da Ağdam rayonunda mina partlayışı baş verib.
Reyting.az bildirir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətləri birgə məlumat yayıblar.
Ağdam Rayon Polis Şöbəsinin əməkdaşı, polis nəfəri xidmət vaxtı rayonun işğaldan azad edilmiş Papravənd kəndində piyada əleyhinə minaya düşməsi nəticəsində xəsarət alıb.
Zərərçəkmişin sağ ayağı topuqdan amputasiya edilib.
Faktla bağlı araşdırma aparılır.