Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ağdamda qadın bıçaqlanıb, əri saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-nın Qarabağ bürosuna bildirilib ki, polis əməkdașlarının keçirdikləri tədbir zamanı Mahrızlı kənd sakini Gülzəndə Salahovanı bıçaqlamaqda şübhəli bilinən həyat yoldaşı Ceyhun Salahov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
***
10.19
Ağdamda qadına bıçaq xəsarətləri yetirilib.
APA-nın Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun Mahrızlı kəndi ərazisində qeydə alınıb. Kənd sakini Salahova Gülzəndə Abbas qızı bıçaqlanıb. O, Ağdam Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. İlkin ehtimala görə, qadın əri tərəfindən bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır.