Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ağdam rayonunda 1988-ci il təvəllüdlü Elnur mübahisə zamanı qardaşı arvadı Fatiməyə (adlar şərti verilib – red.) xəsarət yetirib.Bakupost.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə ötən il iyulun 24-də Ağdam rayonunun kəndlərindən birində baş verib.Ağdam rayon sakini Elnur qardaşı arvadı Fatimənin yumruqla sifətinə, tozsoran aparatının borusu ilə qoluna, çiyninə zərbələr endirib, onu təpikləyib.İstintaq orqanı tərəfindən Elnurun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elnur ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.
O, ifadəsində göstərib ki, ailə üzvləri ilə birlikdə Ağdam rayonun kəndində yaşayır, evlidir: “Fatimə qardaşım Qafurun həyat yoldaşıdır.
Onunla aramızda heç bir düşmənçilik və ya ədavət olmayıb. Tez-tez mübahisələr eləmişik”.“Dalaşdıqlarını bildirdi”Təqsirləndirilən şəxsin ifa
Saat təxminən 11 radələrində Fərid “KİA” avtomobillə yaşadığım kəndə gəldi.
Birlikdə Ağdam rayonunun digər kəndi istiqamətində hərəkət etməyə başladıq. Fəxrəddin adlı şəxsin iribuynuzlu heyvanlarına baxmalıydıq.
Kəndə çatanda Fəxrəddin bizə Bakı şəhərindən gəldiyini söylədi və gözləməyimizi xahiş etdi.
Təxminən 2 saat onun yaşadığı evə gəlişini gözlədik.Təxminən saat 14 radələrində Fəxrəddin evə gəldi.