Ağdamda qanunsuz odlu silah aşkarlanıb, saxlanılan var

22.03.2025

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ağdamda polisin keçirdiyi əməliyyat zamanı daha bir şəxsdən avtomat silahı aşkarlanıb.

DİN-in Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində qanunsuz olaraq silah-sursat əldə etməkdə şübhəli bilinən rayon sakini Səbuhi Səfərov saxlanılıb. Onun yaşadığı ünvandan "AK-74" markalı avtomat aşkarlanaraq götürülüb. O, sılahı bir müddət əvvəl taparaq yaşadığı ünvanda gizlətdiyini bildirib.

Faktla bağlı cinayət işi bașlanılıb, araşdırmalar davam etdirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью