Ağdamda qazıntı zamanı insan sümükləri tapıldı

23.06.2026

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ağdam rayonunda insan sümüklərinə bənzər sümük fraqmentləri aşkarlanıb.
Demokrat.az-ın məlumatına görə, hadisə iyunun 22-də rayonun Baş Qərvənd kəndi ərazisində tapılıb.
Ərazidə qazıntı işləri aparılarkən insan sümüklərinə bənzər sümük fraqmentlərinə rast gəlinib. Ərazidə işlər dayandırılıb və hadisə yerinə aidiyyəti qurumlar cəlb ediliblər, sümük fraqmentləri götürülüb.
Faktla bağlı Ağdam Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью