Ağdamda qəza oldu 6 yaralı var

03.07.2026

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Ağdamda qəza hadisəsi baş verib 6 nəfər xəsarət alıb. 

“Qafqazinfo”nun xəbərinə görə, hadisə rayonun Xıdırlı kəndi ərazisində baş verib. 

Hərəkətdə olan “Renault Laguna” markalı  “99 UA251” dövlət nömrəli  avtomobil “GAZ” markalı avtomobillə toqquşub. 

Qəza nəticəsində 6 nəfər yaralının olduğu bildirilir. Hadisə yerinə cəlb olunan 2 təcili tibbi yardım avtomobili yaralıları Bərdə Diaqnostika Mərkəzinə çatdırıb. Yaralıların üçünün vəziyyəti ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью