Ağdamda quyudan kişi meyiti tapılıb

20.09.2026

Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Ağdamda kəhriz quyusundan kişi meyiti tapılıb.

"Report"un Qarabağ bürosunun xəbərinə görə, meyit rayonunun Şelli kəndi ərazisindəki kəhriz quyularından birində aşkarlanıb.

Araşdırmalar zamanı meyitin Bərdə rayon sakini Hacıyev Müşfiq Aqil oğluna məxsus olması müəyyənləşib. Əldə edilən məlumata görə, M. Hacıyev Ağdamda şirkətlərdən birində mühafizəçi işləyib.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью