Ağdamda sağlamlıq mərkəzinin tikintisi 1,3 milyon manata başa gələcək

03.02.2026

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ağdamın Xıdırlı kəndində ailə sağlamlıq mərkəzinin (Həkim tibb məntəqəsi, Təhsil və səhiyyə işçilərinin müvəqqəti yaşayış üçün qonaq evi) tikintisinə 1,3 milyon manat vəsait ayrılıb.

Bakıvaxtı.az xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti bu barədə açıq tender elan edib.

Müsabiqənin qalibi olacaq şirkətə tikinti işlərinin görülməsi üçün 1 milyon 392 min 66,64 manat ödəniş ediləcək.

Qeyd edək ki, təkliflərin son təqdim olunma və zərflərin açılış tarixi martın 3-nə təyin olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью