Ağdamda şəhid və aztəminatlı ailələrə bayram sovqatı paylanıb

06.06.2025

Azertag saytına istinadən Icma.az xəbər verir.

Ağdam, 6 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC

Milli-mənəvi həmrəyliyin, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının rəmzi olan Qurban bayramı Ağdam rayonunda da qeyd edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun məscidlərində xalqımızın xoş rifahı və ölkəmizin tərəqqisi naminə dualar edilib, İslam dininin, müqəddəs “Qurani-Kərim”in tövsiyə etdiyi mənəvi dəyərlərə riayət etməyin vacibliyi xatırlanıb, bayram namazı qılınıb.

Sonra sanitariya qaydalarına və dini ənənələrə əməl edilməklə qurbanlıq qoyunlar kəsilib, şəhid ailələrinə, qazilərə və aztəminatlı şəxslərə göndərilib.

Sakinlər bu əziz gündə onlara göstərilən maddi və mənəvi dəstəyə görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Onlar Qurban bayramının xalqımız və millətimiz üçün xeyirli-uğurlu olmasını diləyiblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью