Ağdamda tikinti şirkətinin əməkdaşları QƏZAYA DÜŞDÜLƏR

18.03.2025

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ağdamın işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, qəza zamanı xəsarət alanlar 1998-ci il təvəllüdlü Fərid Əlibala oğlu Soltanov və 1992-ci il təvəllüdlü Elvin Murad oğlu Hacıyevdir.

Yaralılar Ağdamın işğaldan azad edilmiş ərazilərində tikinti işləri ilə məşğul olan şirkətlərdən birinin əməkdaşlarıdır.

Onlar Bərdə Rayon Diaqnostika Mərkəzinə göndəriliblər.

Faktla bağlı araşdırma davam edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью