Ağdamda xəsarət alan fəhlə xəstəxanada ÖLDÜ

13.05.2025

Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Ağdam şəhərində iş qəzası zamanı xəsarət alan fəhlə xəstəxanada ölüb.

Bakupost.az xəbər verir ki, hadisə zamanı fəhlə Sənan Mustafayevin sinəsinə armatur batıb.

Bərdə Diaqnostika Mərkəzinə çatdırılan yaralının xilas edilməsi üçün tibb müəssisəsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) xüsusi riskli xilasetmə qrupu da cəlb olunub.

S.Mustafayev Bərdə Rayon Mərkəzi Xəstəxanasında əməliyyata götürülüb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью