Ağdamda xəstəxana tikintisinin davamına 17 milyon manat xərclənəcək

25.07.2026

Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tikilməkdə olan Müəssisələrinin Müdiriyyəti Ağdam Rayon Mərkəzi Xəstəxanasının (210 çarpayılıq) tikintisinin davamı (4-cü mərhələ) işlərinin aparılması işlərinin satın alınması ilə bağlı tender elan edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, prosedurda iştirak haqqı 2.538,34 manatdır.

Tenderdə iştirak etmək istəyənlər öz təkliflərini 2 sentyabr 2026-cı il saat 13:00-dan gec olmayaraq (GMT+4) təqdim etməlidirlər. Tender paketlərinin açılışı 2 sentyabr 2026-cı il saat 13:00-da (GMT+4) baş tutacaq.

Əlavə məlumat üçün telefon: (+994) 12 493 03 18

Əlaqədar şəxs: Elgün Süleymanov

Email: [email protected]

Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, M.Mirqasımov küçəsi 1A

Qurum sözügedən işlərin ümumi dəyərinin 16.922 milyon manata başa gələcəyini proqnozlaşdırıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью