Ağdamda yanğınlar qəsdən törədilib VIDEO

21.08.2026

Icma.az, Azvision saytına istinadən bildirir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, yanğınların başvermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb.
Araşdırmalar çərçivəsində ərazi üzərində qaldırılan pilotsuz uçuş aparatının (PUA) və videomüşahidə kameralarının görüntüləri təhlil edilib. Toplanmış materiallar əsasında Ağdam və Ağcabədi rayonlarının inzibati ərazilərinin kəsişməsində yerləşən əkin sahələrinin qəsdən yandırıldığı müəyyən olunub.
İlkin araşdırmalara görə, 77-PT-225 dövlət qeydiyyat nişanlı "Niva" markalı avtomobili idarə edən 29 yaşlı Səbuhi Hüseynlinin hadisəni törətməsinə dair əsaslı şübhələr yarandığından o saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb.
Hazırda Səbuhi Hüseynlinin təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilməsi, hadisənin bütün hallarının tam və hərtərəfli araşdırılması, eləcə də əmələ hüquqi qiymət verilməsi istiqamətində zəruri prosessual tədbirlər davam etdirilir.


AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью