Ağdamda yenidən yanğın başladı

24.07.2025

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

Ağdamda növbəti yanğın başlayıb.

“Qafqazinfo” xəbər verir ki, yanğın rayonun Gülablı kəndi istiqamətində müşahidə edilir.

Hazırda FHN-in əməkdaşları yanğının söndürülməsi istiqamətində işlər aparır.

Qeyd edək ki, artıq 3-cü gündür, işğaldan azad edilmiş ərazilərdə boş sahələrdə quru ot və kol-kosun yanması müşahidə edilir. Alovun söndürülməsinə FHN-in helikopterləri də cəlb edilmişdi.

Ziya Əmirxanlı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью