Ağdamda yük maşını qəza edərək restoranın içində aşıb

24.10.2025

Apa.az saytına istinadən Icma.az xəbər verir.

Ağdam rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli müxbirinin məlumatına görə, qəza rayonun Quzanlı qəsəbəsində qeydə alınıb.

Hadisə zamanı “BMW” markalı minik avtomobili ilə “KamAZ” markalı yük maşını toqquşub.

Zərbənin təsirindən idarəetməni itirən “KamAZ” yol kənarındakı restoranın ərazisinə girərək aşıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью