Ağdamdakı 1 nömrəli körpələr evi uşaq bağçasından FOTOREPORTAJ

20.02.2025

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 18-də Ağdam şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasında aparılan tikinti işləri ilə tanış olublar.

Oxu.Az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına və birinci xanıma körpələr evi-uşaq bağçasında görülən işlər barədə məlumat verib.

Qeyd edilib ki, 160 yerlik körpələr evi-uşaq bağçasının tikintisinə 2023-cü ildə başlanılıb.

Zirzəmi və iki mərtəbədən ibarət binanın ümumi sahəsi 2 700 kvadratmetrdən çoxdur. Burada müxtəlif otaqlar, uşaqların təlim-tərbiyəsi üçün bütün zəruri şərait yaradılacaq.

PhotoStock.Az-ın əməkdaşı 1 nömrəli körpələr evi-uşaq bağçasından fotoreportaj hazırlayıb:

Daha çox foto burada: PhotoStock.Az-da

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью