Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ağdam, 20 noyabr, AZƏRTAC
Ağdamın işğaldan azad olunmasının altıncı ildönümü münasibətilə təşkil edilən tədbirlərdə “Qarabağ” Futbol Klubunun rəsmi mağazası – “Qarabağ Store” da təmsil olunur.
Klubun fan-şop üzrə rəhbəri Serkan Dinlemez AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bu əlamətdar gündə Ağdamda keçirilən bayram şənliyində “Qarabağ” Futbol Klubu və “Qarabağ Store” olaraq iştirak etməkdən böyük məmnunluq duyduqlarını bildirib.
O qeyd edib ki, əsas məqsədləri təqdim etdikləri məhsullar vasitəsilə Qarabağ ruhunu yaşatmaq və Ağdam sakinlərinin sevincinə şərik olmaqdır.
Mağazanın stendində klubun orijinal oyun formaları, “Qarabağ”ın simvolu olan at təsvirli aksesuarlar, klubun maskotu ilə bağlı suvenirlər, eləcə də futbolçuların təsviri olan köynəklər nümayiş etdirilir.
Müxbir - Tahir Ağaməmmədov