Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.
Ağdam rayonunun Qaradağlı kəndində mağazaya düşən ildırım nəticəsində baş verən yanğın söndürülüb.
Bu barədə KONKRET.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, yanğın Qaradağlı kənd sakini Fikrət Soltan oğlu İbadova məxsus mağazada qeydə alınıb.