Ağdamdan Cənubi Afrikaya ayaqqabı ixrac olunur

05.06.2025

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Hazırda ən aktiv fəaliyyət göstərən sənaye parkı Ağdam Sənaye parkıdır".

Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev deyib.

O bildirib ki, işğaldan azad olunan ərazilərdə sənaye parkları fəaliyyət göstərir:

"Mən deyərdim ki, ən aktiv fəal olan Ağdam sənaye parkıdır, yəni burada kifayət qədər çox rezident var və rezidentlər məhsullarını nəinki Azərbaycanda satır, həm də, xaricə ixrac eləyir.

Ağdam Sənaye Parkında sənaye ayaqqabılarını istehsal edən şirkət Cənubi Afrikada sərgidə iştirak edir. Yəni, öz məhsullarının xaricə ixracına başlayıb".

Aygün Mirakif

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью