Ağdamdan Kəlbəcər yoluna qısa keçid

06.10.2026

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Suqovuşan–Kəlbəcər avtomobil yolunun 9-cu kilometrindən başlayaraq Ağdərə və Ağdam istiqamətində uzanan 33,8 km-lik yol I, II və III texniki dərəcəyə uyğun inşa olunur.

Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, layihə çərçivəsində 4 körpü və 56 suötürücü boru tikilir. Hazırda ərazidə 76 maşın-mexanizm və 75 nəfərlik işçi heyəti çalışır.

Layihənin icrası ilə Ağdamdan Ağdərə və Kəlbəcər istiqamətində vahid yol bağlantısı formalaşacaq. Yeni yol xətti Qarabağ və Şərqi Zəngəzurun nəqliyyat əlaqələrinin gücləndirilməsinə, Böyük Qayıdış çərçivəsində yeni bağlantıların yaradılmasına xidmət edəcək.

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью