“Ağdamı görmədən öldü, 40cı günündə isə...” “Qarabağ bülbülləri”nin solistinin AĞDAM həsrə…
Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır. "İnsan əzizini, yaxınını itirəndə onun üçün çox çətin olur.
Artıq 4 ildir ki, İzahatı itirmişik, amma mən yenə də onunla yaşayıram, dediyi sözləri yadıma salıram, ailə qayğıları, ailəyə hörmətini heç vaxt unuda bilmirəm.
Nə qədər də bu dünyadayam unutmayacam. O mənim üçün həqiqətən də dəyərli bir ailə başçısı, dəyərli bir ata, zirvə, çinar idi.
Bilirəm ki, o bu dünyada əbədi yaşadığı kimi, o biri dünyada da, göy üzündə də əbədi yaşayacaq” Bunu Moderator.az -a açıqlamasında “Qarabağ bülbülləri” qrupunun solisti İzahat Cəfərovun ömür-gün yoldaşı Rahilə Cəfərova deyib.
O daha sonra əlavə edib: “Ağdam işğal olunanda o məcburi köçkünlərə, elinə, obasına, yaxınlarına, qohumlarına bir böyük oldu.
Böyük bir ailəni, nəsli öz ocağında, bir neçə otaqlı kiçik evində qəbul etdi. Ağdamın Şelli kəndindən idi, bu kənd də Xocalıya yaxın idi.
Özü də, ailəsi də Xocalıdan çıxan insanların əksəriyyətini qəbul edib, əynini, başını alıb Ağdam məscidində təhvil vermişdilər.
Yaşı az olsa da elininin, obasının ağsaqqalı idi. Allah ona o izzəti, o mərhəməti vermişdi. İzahatgili 6 qardaş, iki bacı idilər.
Tam oxu
Xəbəri oxu