Icma.az, Demokrat.az portalına istinadən məlumat verir. “Azərbaycan ərazisinin 20 faizini 30 ilə yaxın işğal altında saxlayan Ermənistan hök
İşğal dövründə erməni vandallığına ən çox məruz qalan bölgələrimizdən biri də Ağdam rayonu olmuşdur.”Bu sözləri mətbuata verdiyi açıqlamasın
“1993-cü il 23 iyul tarixində ərazisinin 73 faizi işğal olunmuş Ağdamın rayon mərkəzi ilə birgə 90 kəndi düşmənin əlinə keçmiş, işğal nəticə
2010-cu ilin noyabr ayında erməni separatçıları Ağdamın adını dəyişərək “Akna“ qoymuş və rayonun işğal edilmiş ərazilərində xaricdən gətiril
Bu isə, beynəlxalq hüququn və Cenevrə Konvensiyasının kobud şəkildə pozulması demək idi.
Xarici jurnalistlər tərəfindən “Qafqazın Xirosiması” adlandırılmış Ağdam şəhərinin tamamilə dağıdılması hətta II Dünya müharibəsinin gedişində belə nadir hallarda müşahidə olunmuş xüsusi qəddarlıq və barbarlıqdan xəbər verir.
Böyük təəssüf hissi ilə də olsa etiraf olunmalıdır ki, bütün bu cinayətlər faktiki olaraq aşkar şəraitdə, dünya ictimaiyyətinin gözü qarşısında baş verib.”K.Qafarov xüsusi olaraq qeyd edib ki, rəsmi İrəvanın hərbi cinayətlərinin və ermənilərin ölkəmizə və xalqımıza qarşı terror siyasətinin bütün işğal dövründə davam etməsini şərtləndirən əsas amillərdən biri müəyyən Qərb ölkələrinin və beynəlxalq təşkilatların yürütdükləri ikili standartlar siyasəti olub: “Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin həyata keçirdiyi hərbi və siyasi-diplomatik strategiya nəticəsində Azərbaycan 2020-ci ilin sentyabr-noyabr aylarında apardığı II Qarabağ savaşında həm hərbi, həm də siyasi-diplomatik müstəvilərdə parlaq qələbələrə imza atdı.
Şanlı Ordumuzun Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə nəticəsində 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatın şərtlərinə əsasən həmin il noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verildi və bununla da əsaslı şəkildə insan tələfatının qarşısı alındı.