Ağdamın bərpa, yenidənqurma, inkişaf, çiçəklənmə dövrü başlayıb | Icma.az
Icma.az bildirir, Missiya.az saytına əsaslanaraq. Bütün anım mərasimlərində bir arzumuz var idi - torpaqlarımız azad edilsin, işğal günləri
Və o gün gəldi. Bu gün ağdamlılar üçün 23 iyul işğal tarixini yox, 20 noyabr Ağdam Şəhər Gününü böyük sevinclə qeyd edirlər.
Ali Baş Komandan İlham Əliyevin diplomatik məharəti ilə bir güllə atılmadan düşmənin geri qaytardığı Ağdam indi yenidən quruculuğun baş meydanına çevrilib.İlham Əliyev xalqa müraciətində Ağdam üçün yeni dövrün başlandığını, rayonun bərpasının gələcək planlarda xüsusi yer tutacağını bildirmişdi: "Biz Ağdam şəhərini də bərpa edəcəyik.
Əlbəttə ki, bunun üçün biz bütün işləri əsaslı şəkildə etməliyik.
Baş plan hazırlanacaq, mütəxəssislər cəlb olunacaq, infrastruktur layihələri planlı şəkildə icra ediləcək, inzibati binalar, sosial obyektlər, yollar və digər lazım olan işlər görüləcək.
Vətəndaşlara oraya qayıtmaq üçün dövlət tərəfindən kömək göstəriləcək.
Ona görə Ağdam rayonunun bərpası bizim gələcək planlarımızda xüsusi yer tutacaq.
Çünki həm ərazi baxımından böyük rayondur, eyni zamanda, dediyim kimi, əhali baxımından ən böyük rayondur".Şanlı qələbə nəticəsində işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Ağdamda da həyat yenidən canlanır.
Tam oxu
Xəbəri oxu