Ağdamın bu kəndində müasir xəstəxana tikiləcək

03.02.2026

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti tərəfindən Ağdamın Xıdırlı kəndində yeni bir kompleksin inşası üçün tender elan edilib.

Modern.az xəbər verir ki, xtisaslaşdırılmış ictimai binaların tikintisi kateqoriyasına daxil olan bu layihənin icrası üçün müəyyən edilmiş ehtimal olunan qiymət 1 392 066,64 azn təşkil edir.

Layihə çərçivəsində Xıdırlı kəndində müasir Ailə Sağlamlıq Mərkəzinin tikintisi nəzərdə tutulur.

Bu kompleks təkcə həkim tibb məntəqəsi kimi fəaliyyət göstərməyəcək, həmçinin kənddə fəaliyyət göstərəcək təhsil və səhiyyə işçilərinin mənzil şəraitini təmin etmək üçün müvəqqəti yaşayış qonaq evini də özündə birləşdirəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью