Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ağdam rayonu, Sarıcalı və Kəngərli kəndlərində yerləşən qəbiristanlıq ərazisinin hasarlanması işlərinə başlanılır.
Ölkə.az xəbər verir ki, İqtisadiyyat.az bu barədə Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətindən məlumat əldə edib.
Belə ki, qurum hasalanma işlərini “Kontur Arxitektura Layihə-Sənaye” Qapalı Səhmdar Cəmiyyətinə həvalə edib və onunla müqavilə bağlayıb.
Müqavilənin maliyyə dəyəri 171 min 267 manat müəyyənləşib.