Ağdamın Gülablı kəndində başlayan yanğın Xocavənd rayonu ərazisinə keçib

25.07.2025

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ağdam rayonu Gülablı kəndi ərazisində başlayan yanğın Xocavənd rayonu ərazisinə keçib.

Avtosfer.az "Report"a istinadən xəbər verir ki, ötən gün Gülablı kəndində başlayan yanğın geniş yayılaraq Xocavənd rayonu Mirikənd kəndi ərazisinə keçib.

Yanğının söndürülməsi üçün əraziyə FHN-in Ağdam, Ağcabədi, Yevlax, Xankəndi rayonlarından 7 yanğınsöndürən olmaqla, 80 nəfər şəxsi heyət və 2 helikopter cəlb olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью