Ağdamın iki kəndində tibb məntəqəsi tikiləcək

14.04.2025

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Ağdamın azad olunmuş kəndlərində bərpa və yenidənqurma işləri sürətlə davam etdirilməkdədir.

Modern.az-ın məlumata görə, bu işlərin davamı olaraq rayonun Sarıcalı və Kəngərli kəndləri üzrə tibb məntəqəsinin tikinti-quraşdırma işləri həyata keçiriləcək.

Belə ki, artıq bununla bağlı Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətində müvafiq işlərə start verilib.

Qurum hazırda sözügedən işləri icra edəcək şirkət axtarışındadır.

Eyni zamanda qurum görüləcək işlərin müqabilində şirkətə 702,9 min manat ödəməyə hazır olduğunu da bildirir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью