Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
20 Noyabr – Ağdam Şəhəri Günü münasibətilə rayonun sosial-iqtisadi göstəriciləri ictimaiyyətə açıqlanıb.
Azərbaycan Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, 2026-cı ilin yanvar–oktyabr aylarında Ağdam rayonunda 959 milyon 305,6 min manatlıq sənaye məhsulu istehsal olunub.
Həmin dövrdə kənd təsərrüfatı məhsullarının ümumi istehsal dəyəri 246 milyon 914,2 min manat təşkil edib. Bunun 159 milyon 90,7 min manatı bitkiçilik, 87 milyon 823,5 min manatı isə heyvandarlıq məhsullarının payına düşüb.
2026-cı ilin yanvar–sentyabr aylarında rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün əsas kapitala 494 milyon 370,0 min manat investisiya yönəldilib.
XQ