Ağdamın xatirinə qazsız yaşamağa bir az da dözün, biz də evimizə qayıtmaq istəyirik Aqil Abbas

03.12.2024

Sonxeber.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Ağdamın xatirinə qazsız yaşamağa bir az da dözün, biz də evimizə qayıtmaq istəyirik" - Aqil Abbas

Qarşımızda çıxış edən nazirlər nə Norçevin, nə də Almaniyanın nazirləri deyildi. Onlar müharibədən çıxan ölkənin nazirləriydi.

Sonxeber.az-ın məlumatına görə, bunu Milli Məclisin plenar iclasında deputat Aqil Abbas deyib.

O qeyd edib ki, nazirlər hər şeyi hesablayır.

"Hamı şikayət edir ki, su yoxdur, qaz yoxdur, bir müddət yolsuz, məktəbsiz, qazsız qala bilərik. İndi Qarabağ tikilir. Ağdamda 60 minlik şəhər tikilir, 100 minlik şəhər neçəyə başa gələcək, Allah bilir. Ermənilər Azərbaycana 800 milyardlıq zərər vurub. Allah bilir, neçəyə bərpa ediləcək. Kəlbəcərin, Ağdamın xatirinə qazsız yaşamağa bir az da dözün. Biz də evimizə qayıtmaq istəyirik. Mən Ağdama qayıtmaq istəyirəm",- deputat bildirib.


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью