Ağdamın yeni nəslinin nəfəsi VİDEO

31.07.2026

Icma.az bildirir, Adelet.az portalına istinadən.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəliyinin dəstəyi ilə yeni videoçarx hazırlanıb.

Adalet.az xəbər verir ki, bir vaxtlar sükutun hakim olduğu Ağdamda bu gün yenidən uşaqların gülüş səsləri eşidilir. Yaşıl meydançalarda qaçan balacaların sevinci şəhərin yenidən dirçəlişinin ən canlı ifadəsidir. Onlar dağıntıları deyil, abad küçələri, geniş parkları, müasir yaşayış binalarını və təhlükəsiz həyətləri tanıyaraq böyüyürlər.

Bu uşaqların oynadığı yaşıl meydança təsadüfi bir məkanda yerləşmir. O, vaxtilə Qarabağın futbol tarixinin unudulmaz ünvanlarından olan İmarət stadionunun yaxınlığındadır. Bir zamanlar minlərlə azarkeşin coşqusu ilə səslənən bu məkanın ətrafında indi yeni nəslin gülüşü, futbol topunun səsi və gələcəyə inam əks-səda verir. Tarixin yaddaşı ilə gələcəyin ümidləri burada eyni nəfəsdə qovuşur.

Bu şəhərdə böyüyən hər bir uşaq sabahın Ağdamını quracaq, keçmişin ağrılarını gələcəyin uğurlarına çevirəcək. Çünki Ağdam artıq yalnız yenidən qurulan şəhər deyil – burada xoşbəxt uşaqlıq, yeni həyat və yeni nəsil böyüyür.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью