Ağdamlılara ŞAD XƏBƏR: Tezliklə...

16.11.2024

Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ağdam rayonu ilk köçə hazırlaşır.

Milli.Az xəbər verir ki, Ağdamın Kəngərli, Sarıcalı, Xıdırlı, Baş Qərvənddə evlərin tikintisi davam edir. Kəngərlidə 292, Sarıcalıda 203, Xıdırlıda isə 719 fərdi evin tikintisi aparılır. Qısa zamanda öz sakinlərini qəbul etməyə hazırlaşan  ağdamlıların yol, su, kanalizasiya sistemlərinin infrastrukturu yenidən əsaslı şəkildə qurulur.

Azərbaycanda 6 minə 1200 m² ev satılır "Black Friday"da insanları belə aldadırlar

Həmçinin, evlərin tikilməsi təbii materiallardan istifadə edilərək və evlər ağıllı texnologiyalar vasitəsi ilə idarə olunması həyata keçiriləcək. Bütün layihələrin ən qısa zamanda həyata keçirilməsi üçün dövlət tərəfindən lazımi maliyyə və dəstək ayrılıb.

Ağdam və Füzuli rayonunda ağıllı kənd salınacaq. Bu kəndlər Ağdamın Baş Qərvənd və Füzulinin Dövlətyarlı kəndlərində həyata keçiriləcək. Ağıllı kəndlərdə günəş panellərindən istifadə ediləcək.

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə hazırda 30 mindən çox insan məskunlaşıb. Onlardan 10 mini öz doğma yurdundan didərgin düşən keçmiş məcburi köçkünlərdir, 20 mindən çoxu isə həmin ərazilərin tikintisində və ərazidə olan restoran, mağaza işində çalışan insanlardır.
Aysel Əkbər
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью