Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı-Qazax avtomobil yolunun Ağdaş rayonundan keçən hissəsində ağır yol qəzası olub.
Modern.az-ın məlumatına görə, hadisə rayonun Əmirarx kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, “Mercedes Vito” markalı mikroavtobus “Belarus” markalı traktorla toqquşub. Qəza nəticəsində taraktorun sürücüsü, 1968-ci il təvəllüdlü Gündüz Həşimov xəsarət alıb. O, xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.