Ağdaş velosipedçiləri Respublika Olimpiadasında fərqləndi FOTO

21.06.2026

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

Məktəblilərin Respublika İdman Olimpiadasında velosiped idmanı üzrə yarışlara start verilib.

İdman.Biz xəbər verir ki, Bakı Veloparkında təşkil olunan ilk yarış günündə oğlanlar dağ velosipedi ilə 13 km məsafədə güclərini sınayıblar.

Mübarizənin yekununda bütün mükafatçılar Ağdaş Uşaq-Gənclər İdman Şahmat Məktəbinin təmsilçiləri olub. Samir Kərimov 28 dəqiqə 53 saniyə nəticə ilə finişə birinci çatıb. Onun komanda yoldaşları Asif İsmayılzadə 29 dəqiqə 46 saniyə göstərici ilə ikinci, Muhəmməd Kərimli isə 29 dəqiqə 49 saniyə nəticə ilə üçüncü yeri tutub.

Yarışın növbəti günündə iştirakçılar şose velosipedləri ilə mübarizə aparacaqlar. Oğlanlar 20 km, qızlar isə 10 km məsafədə yarışacaqlar. Bütün kateqoriyalar üzrə mükafatlandırma mərasimi sabah keçiriləcək.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью