Ağdaşda 11 kənddə qaz kəsiləcək

28.09.2026

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ağdaş rayonunun 11 kəndində və Səməd Vurğun küçəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Milli.Az xəbər verir ki, bu barədə "Azəriqaz" məlumat yayıb.

Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar sentyabrın 29-da saat 09:30-dan etibarən işlər başa çatanadək qaz təchizatında fasilə olacaq.

Qazın verilişi Türyançay, Dəhnəxəlil, Yuxarı Ağcayazı, Aşağı Ağcayazı, Qolqəti, Şəkili, Qoşaqovaq, Korarx, Cüvə, Pirkəkə və Ərəbocağı kəndlərini əhatə edəcək.

Qeyd edək ki, sentyabrın 28-də də Suraxanı rayonunun AB yaşayış massivində saat 10:00-dan, Qaradağ rayonunun Vulkan ərazisində isə saat 11:00-dan 13:00-dək qaz təchizatında müvəqqəti fasilə yaranacağı açıqlanmışdı.

Fasilənin qaz xəttinin yerinin dəyişdirilməsi və "Qaz İxrac" İdarəsinin təmir işləri ilə əlaqədar olduğu bildirilib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью