Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ağdaşda 14 yaşlı oğlan su kanalında boğulub.
Redaktor.az xəbər verir ki, hadisə dekabrın 11-i saat 17 radələrində qeydə alınıb.
Ağdaş şəhər sakini 2010-cu il təvəllüdlü Vüqar Zakirli Qoşaqovaq kəndinin ərazisindən keçən Şirvan kanalında əlini yumaq istəyərkən yıxılaraq suya düşüb. Onun kanalda boğulduğu bildirilir.
Axtarışlar aparılır.