Ağdaşda 17 yaşlı qıza toy etmək istədilər: POLİS MÜDAXİLƏ ETDİ

07.08.2026

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Ağdaşda erkən nikahın qarşısı alınıb.

Avtosfer.az Report-a istinadla xəbər verir ki, yetkinlik yaşına çatmayan şəxsin toyunun keçiriləcəyi barədə daxil olmuş müraciət üzrə araşdırma aparılıb.

Araşdırmalar zamanı qızın 17 yaşının tamam olmadığı məlum olub.

Polis əməkdaşları, eləcə də digər aidiyyəti qurumların məsul şəxsləri hər iki tərəfin valideynləri ilə izahedici söhbətlər aparıb, qeyd olunan halın hüquqazidd olması diqqətlərinə çatdırılıb.

Faktla bağlı zəruri bütün tədbirlər icra edilib, planlaşdırılan toy məclisi isə təxirə salınıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью