Ağdaşda 23 yaşlı şəxs əmisini bıçaqlayıb KONKRET

05.04.2025

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ağdaşda bıçaqlanma hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, Rayonun Birinci Aral kəndində 23 yaşlı Rəhim Kərimov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı əmisi, 1969-cu il təvəllüdlü Nəriman Kərimova yaşadığı evdə kəsici alətlə xəsarət yetirib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Müvafiq ekspertiza təyin olunub və araşdırmalar davam etdirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью