Ağdaşda 40 yaşlı kişi kanalda boğularaq ölüb

04.03.2026

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ağdaş rayonunda 40 yaşlı kişi su arxında boğularaq ölüb.

APA xəbər verir ki, hadisə martın 3-də Aşağı Ləki kəndinin ərazisində qeydə alınıb.

Fiziki qüsurlu epilepsiya xəstəsi olan kənd sakini 1986-cı il təvəllüdlü Ö. Saadovun su arxına yıxılması nəticəsində boğularaq öldüyü bildirilir.

Ö. Saadovun meyiti sudan çıxarılıb.

Araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью