Ağdaşda 56 yaşlı kişi bıçaqlandı Qardaşı oğlu saxlanıldı

05.04.2025

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Ağdaşda bıçaqlanma olub.

Oxu.Az-ın məlumatına görə, rayonun Birinci Aral kəndində 23 yaşlı Rəhim Kərimov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı əmisi, 1969-cu il təvəllüdlü Nəriman Kərimova yaşadığı evdə kəsici alətlə xəsarət yetirib.

Daha sonra R.Kərimov hadisə yerindən qaçıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-a bildirilib ki, polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Müvafiq ekspertiza təyin olunub və araşdırmalar davam etdirilir.

Aytac Qasımova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью