Ağdaşda ağır QƏZA Ölən var

10.01.2026

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Ağdaşda ölümlə nəticələnən qəza baş verib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Bizim.Media-ya bildirilib ki, dünən saat 17 radələrində Ağdaş rayonunun Yuxarı Ləki kəndi ərazisində Ramis Hacıyev idarə etdiyi “VAZ-2101” markalı avtomobillə yolu keçən piyada, 1966-cı il təvəllüdlü Yuxarı Ləki kənd sakini Əvəz Şərifovu vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Yol-nəqliyyat hadisəsi ilə bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb, istintaq aparılır.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью